Cəmiyyət 

Umayra Tağıyeva: İqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir

İqlim dəyişikliyi məsələsi Azərbaycan üçün prioritetdir.

ARANTV.AZ xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, metan emissiyaları mövzusuna xüsusi diqqət yetirilməlidir, çünki onlar ətraf mühitin çirklənməsində mühüm rol oynayır: “Bu, son 20 ildə karbon qazından 80 dəfədən çox üstün olan ən güclü çirkləndirici amillərdən biridir”.

U.Tağıyeva vurğulayıb ki, 2030-cu ilə qədər istehsalat tullantısı kimi metan emissiyaları təxminən 30-35 % azalmalıdır: “İqlim həftəsinin günlərindən birinin metan emissiyaları mövzusuna həsr olunması çox vacibdir”.

Daha çox xəbərlər