Region Xəbərləri 

Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük

Azərbaycan xalqı özmədəniyyəti, milli-mənəvi dəyərləri, öz adət-ənənələri ilə bütün dünya xalqları arasında seçilir.Aərbaycan zəngin mədəniyyətə malikdir. Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycanın memarı və qurucusu    ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin inkişafına və gələcək nəsillərə ötürlməsinə böyük diqqət göstərmişdir. Mədəniyyətin hər bir sahəsinin inkişafına diqqət göstərən ulu öndər Heydər Əliyev Azərbaycanda aşıq sənətinin inkişafı, gələcək nəsillərəötürülməsi və qorunması ilə bağlı çox mühüm tədbirlər görmüşdür. Bu gündə Aşıq sənətinin yaşadılması və inkişafı ümummilli lider Heydər Əliyevin davamçısı Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bir neçə gün öncə Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı olub. Ölkə rəhbəri cənab İlham Əliyevin Aşıq Ələsgərin abidəsinin açılışında Heydər Əliyevlə birgə iştirak etməsi müasir Azərbaycanda aşıq sənətinin hər zaman yaşayacağına və Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba torpaqlarına qaydışı üçün bir ümiddir. Əminik ki, bu ümid heç zaman sönməyəcək və reallığa çevriləcək.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırıb və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərib. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimi keçirilərkən əlamətdar hadisə baş verib, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır. Aşıq Ələsgər yaradıcılığının məktəblərdə və digər ölkələrdə təbliğ edilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Bununla əlaqədar olaraq bir sıra tədbirlər keçirilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Bakı şəhərində onun heykəli qoyulub. Aşıq Ələsgər yaradıcılığı onun doğulduğu yerdən, Göyçə torpağından bizə qalan yeganə əmanətdir. Buna görə də Aşıq Ələsgər şəxsiyyəti bizim üçün önəm kəsb edir.Xoş haldır ki, müasir dövrümüzdə şifahi xalq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Dədə Ələsgər, Dədə Şəmşir kimi sənətkarların irsi öyrənilir və gələcək nəsillərə ötürülür.

Müzəffər Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirərək mədəniyyətimizin beşiyi olan Şuşamızı azad etdi. Mədəniyyətimizin incilərindən olan  dahi bəstəkar Üzeyir Hacıbəylinin, Xan qızı Xurşidbanu Natəvanın, Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün büstlərini əziz Şuşaya necə qaytardısa, Aşıq Ələsgərin abidəsinin də Göyçə mahalında ucaldacağına əminik və inanırıq.

 

 

Fərid Hacıyev. YAP Bərdə rayon təşkilatı fəalı, Qarabağ Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi, Bərdə rayon üzrə nümayəndə

 

Daha çox xəbərlər