Maraqlı 

Nə qədər qısqancsan? – Test

Qadın.az olaraq, sizə qısqanclıq dərəcəsini biləcəyiniz test təqdim edirik.
Aşağıda sizə təqdim olunan 15 sualı cavablandırın. “Bəli” cavabını 1 bal, “xeyir” cavabını 0 bal qiymətləndirin.
1. Tanışlarınızın işi uğurlu alınanda sevinirsinizmi?
 Bəli
 Xeyir
 
 2. Başqa insanların həyatı daha rahatdır, nəinki sizdə?
 Bəli
 Xeyir
 
 3. Dostlarınızın digər insanlarla mehriban münasibəti sizə toxunur?
 Bəli
 Xeyir
 
 4. Köhnə əşyalarınızı kiməsə verməyə əliniz gəlmir?
 Bəli
 Xeyir
 
 5. Sevgiliniz, dostları ilə çəkilmiş keçmiş şəkillərinə zövqlə baxırsa, bu sizə təsir edir?
 Bəli
 Xeyir
 
 6. Sevgilinizin keçmişi sizi narahat edir?
 Bəli
 Xeyir
 
 7. Sevgiliniz günün müəyyən vaxtları nə ilə məşğuldur,deyə bilmək istəyirsiniz?
 Bəli
 Xeyir
 
 8. Sevgilinizin daha yaraşıqlı (cazibədar) olmasını deyəndə, bu sizə pis təsir edirmi?
 Bəli
 Xeyir
 
 9. Başqa insanların həyatına həsəd hissi ilə baxırsınız?
 Bəli
 Xeyr
 
 10. Evin interyeri sizin diqqətinizi çəkib?
 Bəli
 Xeyir
 
11.  Digər insanların geyimini çox dəqiqliklə analiz edirsiniz?
 Bəli
 Yox
 
 12 Rəfiqələrinizin,dostarınızın seksual həyatı sizi maraqlandırır?
 Bəli
 Xeyir
 
13. Ətrafdakı insanların iş həyatı hər zaman sizdə maraq doğurur?
 Bəli
 Xeyir
 
 14. Dostların haqqında xoşagəlməyən sözlər danışmısan?
 Bəli
 Xeyir
 
 15. Əgər dostlarınız birlikdə harasa gedib,sizə xəbər etməsələr inciyərsiniz?
 Bəli
 Xeyir
Nəticə:
 
 0 baldan 3 bala qədər
 
Sizi xoşbəxt saymaq olar.Həyatınızda qısqanclığa yer yoxdur!
 
 4 baldan 9 bala qədər
 
 Siz kifayət qədər qısqancsınız, lakin bu həyatınızdakı yeganə mənfi xüsusiyyət deyil. Qısqanclıq hissləri münasibətlərə təsir göstərir, lakin onları idarə etmir. Bununla belə, həsəd hissinə qalib gəlsəniz, öz müsbət tərəflərinizi qiymətləndirsəniz, münasibətlərdə özünüzü ələ ala bilsəniz bu sizə yaxşı təsir edəcək. İnsanların maddiyyatını yox, mənəviyyatını qiymətləndirin. 
 
10 baldan 15 bala qədər
 
 Sizin həyatınız həsəd hissi ilə pozulub. Qısqanclıq dostlarınızla  münasibətləri dağıdır, həsəd üzündən isə əlinizdəki ilə qane olmursunuz. Qısqanclığı kontrol altında saxlamağı bacarmalısınız.Əks təqdirdə o sizə daim xoşagəlməz hisslər yaşadacaq.

Daha çox xəbərlər