Cəmiyyət 

Qaz və işığın qiymətində nə qədər artım gözlənilir?

Azərbaycanda suyun tarifləri diferensiallaşdırılacaq. Bəs qaz və işığın qiymətində artım gözlənilirmi?

Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qaz və işığın qiymətində dünya bazarında ciddi artım yoxdur:

“Qaz və işığın qiymətində artım gözlənilmir. Təbii ki, nə vaxtsa bu qiymətlər artacaq, amma 6 ay ərzində artım olacağını gözləmirəm. Bunun üçün də əsasın olduğunu düşünmürəm. Çünki dünya bazarında qazın qiymətində ciddi artım yoxdur. Əksinə, qaz 2021-2022-ci illərdə kəskin, bahalaşmışdı, indi düşüb. Qaz qiymətində ümumiyyətlə artım gözlənilmir. İşığın istehsalında qaz istifadə olunduğuna görə hələlik artımla bağlı zərurət yoxdur”.

Daha çox xəbərlər