Bərdədə narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri davam etdirilir+FOTOLAR
Bərdə rayonu üzrə təhsil sektorunun və Bərdə Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.Növbəti görüş E.Kərimov adına Bərdə şəhər 4 nömrəli tam orta məktəbində keçirilmişdir.Tədbirdə Bərdə Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ənvər Həsənov,Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov,məktəbin müəllim və şagird kollektivi, valideynlər və polis əməkdaşları iştirak etmişdirlər.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Tofiqə Məmmədova qonaqları salamlayaraq məktəbdəki təlim-tərbiyə prosesinin ümumi vəziyyəti, əldə edilən nailiyyətlər barədə məlumat verdi.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı Bəhruz Zeynalov çıxış edərək narkomaniya, onun fəsadları barədə ətraflı məlumat verdi.
Bərdə Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ənvər Həsənov cinayətkarlığa,xüsusilə də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədən danışdı, şagirdlərə tövsiyələrini verdi.Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov öz çıxışında şagirdləri zərərli vərdişlərdən uzaq durmağa, bilik və bacarıqlarını artırmaq üçün daha çox səy göstərməyə çağırdı.Sonda şagirdləri və valideynləri maraqlandıran suallar cavablandırıldı.