Bir insanın evlənməmək (ərə getməmək) barədə and içməsi və əhd etməsi düzgündürmü?
Bir insanın evlənməmək (ərə getməmək) barədə and içməsi və əhd etməsi düzgündürmü? Bu anda əməl etməlidirmi?
Dinimiz ailə qurmağı və nəsil artırmağı xüsusi vurğu ilə təşviq edir. Hətta evlənən şəxsin öz dininin yarısını qoruduğu, qəsdən ailə qurmamış şəxsin isə Peyğəmbər ümmətindən olmadığı hədislərdə vurğulanır. İmkan olduğu halda evlənməmək xoş qarşılanmır. Burada imkan deyərkən, ciddi səbəblər (məsələn, xəstəlik və s.) nəzərdə tutulur. Hazırda insanların bəhanə etdikləri cehizsizlkik, evsizlik, kasıblıq kimi səbəblər isə buna əsas verməz. Dinimiz bu cür bəhanələrə əhəmiyyət verməməyi və ailə qurmamağı təkid edir. İstər Quran ayələrində, istərsə də hədislərdə kasıblıq üzündən evlənməmək məzəmmət olunur, Allahın istədiyi hər şəxsə ruzi verdiyi, evlənən və övlad sahibi olan şəxsin də mütləq ruzisinin artacağı bildirilir. Tutarlı səbəb olmadan ailə qurmamağa and içmək günahdır. Bunu edən şəxs tövbə etməlidir. Belə bir andı yerinə yetirmək məsuliyyəti də yoxdur.
