Cəmiyyət 

“2025-ci ildə sosial müavinətlərin artımını görəcəyik” – İqtisadçı ekspert

Dövlət büdcəsi Milli Məclisə təqdim olunub. Sosial müavinətlərin artırılması da gündəmdədir.

Mövzu ilə bağlə BiG.AZ-a danışan iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, yaxın aylarda sosial istiqamətdə xərclərin artırılmasını görəcəyik. Bura həm minimum əmək haqqı, həm pensiya, bütövlükdə əmək haqqı fondunun və eyni zamanda müavinətlərin də artırılmasını aid etmək olar:
"2025-ci ildə sosial müavinətlərin artımını görəcəyik" - İqtisadçı ekspert“Azərbaycanda son illər ərzində sosial yönümlü xərclərin artırılması müşahidə olunur. Buna xeyli dərəcədə səbəb kimi sosial müdafiə sistemindəki effektiv idarəetmə şərait yaratmışdı.Çevik operativ idarəetmə sisteminin qurulması, şəffaflığın təmin olunması dövlət üçün böyük imkanlar açmalı oldu ki, son nəticədə sosial xərclərin artırılmasına şərait yaratdı. Son 6 ildə 4 zərf reallaşmışdı. Düşünürəm ki, 2025-ci ildə sosial zərflərin ardıcıllığını görəcəyik. Ölkə prezidentinin bu istiqamətdəki yanaşması ehtimal verir ki, yaxın aylarda sosial istiqamətdə xərclərin artırılmasını görəcəyik. Bura həm minimum əmək haqqı, həm pensiya, bütövlükdə əmək haqqı fondunun və eyni zamanda müavinətlərin də artırılmasını aid etmək olar. Çünki son illərin dinamikası onu deməyə əsas verir ki, yaxın aylarda bu proseslərin davam etdirilməsinin şahidi olacağıq”.

Daha çox xəbərlər