Cəmiyyət 

“Kommunal xərclərin silinməsinə yox, ədalətlə müəyyənləşməsinə ehtiyac var” – Əhməd Qəşəmoğlu

Azərbaycanda kommunal borcların bir qisminin hesablanmasında nöqsanların olması və o cümlədən bəzi aztəminatlı əhalinin öz ödənişlərini vaxtında ödəyə bilməməsi məhz həmin sektorlarda maliyyə probleminin yaranmasına gətirib çıxarır. Eyni zamanda, borc problemi məhz kommunal haqların yığılmasına məhsul olan dövlət qurumlarının da fəaliyyətinə neqativ təsir göstərir. Çünki borcların ödənilməməsi onların həm büdcə qarşısında öz öhdəliklərini yerinə yetirilməsinə mane olur və eyni zamanda onların abunəçilərlə işini daha sivil səviyyədə qurmasına imkan vermir. Kommunal borcların dövlət büdcəsi hesabına silinməsi gündəmdə olan mövzulardandır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, kommunal borcların silinməsi qanunun müzakirəsi zaman səslənəcək fikirlərə bağlıdır:

“Biz burda kommunal xərclərin silinməsinə yox, ədalətlə müəyyənləşməsinə ehtiyac var. Kommunal xərclər əhalinin maddi vəziyyətinə uyğun olaraq müəyyənləşsə, daha yaxşı olar. İndiki vaxta uyğunsuzluq varsa, müzakirələr zamanı səsləndirilməli, xərclər silinməlidir. Sonrakı illər üçün daha uyğun kommunal xərclər müəyyənləşməlidir”.

Daha çox xəbərlər