Cəmiyyət 

Yeni məzunlara iş tapana qədər müavinət verilə bilər?

Universiteti yeni bitirən bir çox məzunlar iş tapmaqda çətinlik çəkirlər. Bəs onlara iş tapana qədər müavinət verilə bilərmi?

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, işsizlikdən sığorta ilə bağlı müavinət nəzərdə tutulub.Məzunlar da iş tapana qədər bundan faydalana bilər. Yaxşı olar ki, müəssisələr yeni məzun olanlardan təcrübə tələb etməsinlər:

Yeni məzunlara iş tapana qədər müavinət verilə bilər?“Yeni məzunlar iş üçün müraciət edirlər. Onlar işsiz kimi Məşğulluq Agentliyində qeydiyyatdan keçə bilərlər. İşsizlikdən sığorta ilə bağlı müavinət nəzərdə tutulub. O cümlədən, məzunlar da iş tapana qədər bundan faydalana bilər. Məzunlara ayrıca müavinət verilməsi ağlabatan deyil. Çünki onlar ali təhsil müəssisələrini bitirib əmək bazarına müraciət edib. Yaxşı olar ki, müəssisələr yeni məzun olanlardan təcrübə tələb etməsinlər. Onların 4-cü kursun 2-ci semestrında keçdiyi praktika iş stajı kimi dəyərləndirilə bilər. Eyni zamanda 3 ay sınaq müddətinə götürüb bunu iş təcrübəsi kimi dəyərləndirə bilərlər. Təhsil sektoru ilə xidmət sektoru birgə kadr hazırlığında iştirak edərlərsə, müəssisələrin iş stajı tələb etməyə məcbur qalmazlar”.

Daha çox xəbərlər