Yeni ildən aliment bu qədər artacaq
Dövlət büdcəsi Milli Məclisə təqdim olunub. Alimentə təsir edən yaşayış minimumunun qaldırılması insanları maraqlandıran məsələdir.
Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, minimum yaşayış həddi alimentin məbləği olaraq geniş təyin olunmaqdadır.2024-cü ildə inflyasiya səviyyəsindən gözlənilən ondan ibarətdir ki, uşaqlar üçün yaşayış minimumu 240-245 manat təyin ediləcək:
“Alimentin məbləği dövlət büdcəsində öz əksini tapmır, amma hüquqi çərçivədə uşaqlar üçün təyin edilmiş minimum yaşayış həddi alimentin məbləği olaraq geniş təyin olunmaqdadır. Bu aspektdə məsələyə baxmış olsaq, 2024-cü ildə inflyasiya səviyyəsindən gözlənilən ondan ibarətdir ki, uşaqlar üçün yaşayış minimumu 240-245 manat təyin ediləcək. Bu da o deməkdir ki, ötən illə müqayisədə alimentin məbləği praktikada 5-10 manat arası arta bilir. Dəyişiklik cüzi olacaq”.

