Region Xəbərləri 

20 oktyabr-Zəngilan şəhəri günü

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparıldı. 1868-ci ildə Yelizavetpol quberniyası yaradıldı. Onun tərkibinə Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları daxil idi. Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edildi.
1920-ci il 28 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonra Azərbaycan torpaqları bolşeviklərin hakimiyyəti altına keçdi. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzurun yuxarı hissəsi Ermənistana birləşdirilir. Aşağı hissəsi isə Azərbaycan SSRİ-nin tərkibində qalır. Buraya Laçın, Qubadlı və Zəngilan bölgələri daxil idi.
Zəngilan 1930-cu il 08 avqust tarixindən müstəqil rayon kimi formalaşıb və ərazisi müəyyən olunub. 1967-ci ildə Zəngilana şəhər statusu verildi. Həmin vaxt Zəngilan bir şəhər, beş qəsəbə, 79 kənddən ibarət idi.
Coğrafi şəraitinə görə ərazisi alçaq və orta dağlıqdır. Mürəkkəb və parçalanmış səth quruluşuna malikdir. Rayonda çöküntü süxurları, vulkanik materiallar-yura, tabaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəngdaşı vardır. Rayon ərazisindən Araz, Oxçuçay , Həkəri və Bəsitçayları keçir.
Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran-İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
Erməni vandalizmi nəticəsində demək olar ki, bir çox tarixi abidələr dağıdılmışdır. Burada olan İmam Hüseyn məscidi (XVII əsr) və digər kənd məscidləri, Alban kilsəsi, Küp qəbirlər, Koroğlu daşı, Şərifan sərdabəsi, Tağlı körpüsü, Yəhya-İbn-Məhəmməd-əl-Hoca məqbərəsi erməni vandalizminin qurbanı olmuşdur.
20 okytabr 2020-cildə Zəngilan rayonu Vətən müharibəsi zamanı düşməndən azad edilmişdir. Nəticədə İranla Azərbaycan sərhəddi tam bərpa edilmişdir. Müzəffər ali baş komandan 23 dekabr 2020-ci ildə Zəngilan rayonunda Azərbaycan Respublikasının bayrağını ucaltmışdır. 2020-cil noyabrın 26-da “Zəngilanın azad edilməsinə görə” medalı təsis edilmişdir. Zəngilanın azad edilməsində iştirak edən 6974 hərbi qulluqçu bu medalla təltif olunmuşdur.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı fərmana əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr “ Zəngilan şəhəri günü” kimi qeyd olunur.
Prezident İlham Əliyevin 14.02.2021-ci il tarixində Zəngilana səfəri zamanı şəhərdə görüləcək işlər planlaşdırılmış və dəymiş ziyan müəyyənləşdirilmiş, 26.04.2024-cü il səfərində isə rayon sakinləri ilə görüş keçirilmiş və “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq hava limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimi keçirilmişdir.
Birinci pilot layihə Zəngilanda icra edildi. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.
Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.
Prezident İlham Əliyevin Zəngilana sonuncu 03.10.2024-cü il tarixli səfəri zamanı ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi, beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimi, 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanışlıq, “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su elektrik stanasiyasının açılış mərasimi olmuşdur.
Sevda Fərzəliyeva – Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin Tarix müəllimi

Daha çox xəbərlər