Oqtay Əliyevin ölümü Dilarə Əliyevanın həyatında nələri dəyişdirib?VİDEO
“Qazanarkən nələri itirdiyimizi bilirik. Amma itirərkən nələri qazandığımızı bilmirik”.
Bunu Baku TV-nin “Qapqara” verilişində Əməkdar artist Dilarə Əliyeva deyib.
Aktrisa həyata fərqli baxışının olduğunu söyləyərək qeyd edib ki, itirdikləri onun qazancıdır:
“Əyləncəli görünə bilərəm. Çox vaxt nikbin əhvali-ruhiyyədə oluram. Hesab edirəm ki, bu, belə də olmalıdır. Bəzən ağlamamaq üçün çox gülürük. İnsanlar yaşadıqlarını analiz etsələr, görərlər ki, qara var, bir də qapqara. Hətta qapqara belə elə an ola bilir ki, rəngini dəyişir. Hadisəyə hansı tərəfdən baxmaq çox vacibdir”.
Dilarə Əliyeva qeyd edib ki, mərhum həyat yoldaşı Oqtay Əliyev hələ də onunladır:
“30 il Oqtayla birlikdə yaşadıq. Mən onun hansı addımımda necə reaksiya verəcəyini, nə deyəcəyini o qədər yaxşı hiss edirəm ki, bu da mənim enerjimdə hər kəsə yansıyır”.
Ətraflı süjetdə: