Gündəm 

Abadlıq şəhəri Qubadlı

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir vətəndaşın, xüsusilə qubadlıların həsrətlə gözlədiyi o möhtəşəm informasiyanı cəmiyyətə çatdırdı. Qubadlının işğaldan azad olunması qubadlı həsrəti ilə yaşayan, bu həsrrətlə dünyadan köçən qubadlıların ruhunun dinclik tapdığı gün idi. Mərhum deputat Mais Səfərli də yaşadığı dövrdə Qubadlının azad olunacağına, qubadlıların öz doğma yurduna qayıdacayığa əminliyini hər dəfəsində ifadə edirdi. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmışdı. Hər il bu işğal tarixini dərin hüznlə qeyd edirdik. Qubadlı işğal olunarkən sosial, mədəniyyət obyektlərinə, məscid və tarixi abidələr dağıdılmış və yararsız vəziyyətə salınmışdır.

Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Biz fəxr edirik ki, Qubadlıda Qaçaq Nəbidən, Əliyar Əliyevdən başlanan qəhrəmanlıq yolu bu gün Şükür Həmidov və digərləri tərəfindən davam etdirilir. Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman polkovnik Şükür Həmidov da məhz Qubadlı rayonunun yetirməsidir. Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, şanlı Ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması idi ki, bu da düşmənin döyüş bölgəsinə gələn bütün yollarının bağlanması demək idi. Elə düşmən də bütün bunları görərək kapitulyasiya aktını imzalamağa məcbur olmuşdu. Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı ciddi və davamlı işlər aparılır.

Qubadlı yenidən və müasir stildə qurulur. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınmaqla həyata keçirilir. Bu isə onu deməyə əsas verir ki, işğaldan azad olunan digər ərazilər kimi Qubadlı da yeni dövründə öz sakinlərini qəbul edəcək. Qubadlı da digər regionlarımız kimi inkişaf edəcək və ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər