Hadisə 

Nərdivandan yıxılan kişi öldü

Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
ARANTV.AZ  APA -ya istinadən xəbər verir ki, 50 yaşlı Əsədov Aşur Eynulla oğlu Sabunçu rayonunda yerləşən evinin həyətyanı sahəsində üzüm yığarkən nərdivandan yıxılıb. Nəticədə A.Əsədov aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər