Maşından düşüb qeyb oldu – 67 yaşlı qadın axtarılır
Bakıda 67 yaşlı qadın itkin düşüb.
ARANTV.AZ APA -ya istinadən xəbər verir ki, Səbail rayon sakini Şeysov İlya Vladimiroviç rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, sentyabrın 1-i saat 20 radələrində Bayıl qəsəbəsində idarə etdiyi avtomobili saxlayaraq məişət tullantıları atıb qayıdan zaman anası, 1952-ci il təvəllüdlü Olqa Şevtsovanın avtomobildən enib naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.

