Bakıda yol çökdü – Fotolar
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib.
ARANTV.AZ “Qafqazinfo”-a istinadən xəbər verir ki, hadisə nəticəsində yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb.
Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır.

