43 yaşlı ruhi-əsəb xəstəsi çayxanaya getdi, itkin düşdü
Bakıda 43 yaşlı kişi itkin düşüb.
ARANTV.AZ-ın məlumatına görə, Səbail rayonu, V.Muradov küçəsi, ev 102 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Qarayev Keyvan Süleyman oğlu ötən gün axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə hüquq-mühafizə orqanlarına onun atası, 1933-cü il təvəllüdlü Qarayev Süleyman Həsən oğlu məlumat verib. Məlumatda K.Qarayevin ruhi-əsəb xəstəsi olduğu qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.oxu.az

