Hadisə 

Kür çayından iki meyit tapıldı

Rustavi şəhərində Kür çayından iki nəfərin meyiti aşkarlanıb.

Musavat.com xəbər verir ki, meyitlər köhnə və yeni Rustavini birləşdirən körpüdən bir neçə kilometr aralıda xilasetmə xidmətinin əməkdaşları tərəfindən tapılıb.

Məlumata görə, meyitlərdən birinin mayın 31-də Aqmaşenebeli prospekti yaxınlığındakı körpüdən özünü çaya atan 50 yaşadək kişiyə məxsus olduğu bildirilir. Digər meyitin isə Tiflisdə itkin düşmüş şəxslərdən birinə aid olduğu ehtimal edilir.

Meyitlər ekspertiza üçün müvafiq quruma təhvil verilib. Hadisə yerinə xilasedicilər və kriminal polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər