Bir kişinin sizdən xoşu gəldiyini necə bilmək olar? -Araşdırma
Bəzən birinin sizdən xoşlandığını anlamaq üçün sizə eşqini elan etməsinə ehtiyac yoxdur.
Hərəkətlərindən sizdən xoşlandığını anlamağınızı təmin edəcək 6 işarəni sizə təqdim edirik.
Göz gözə gələndə istəksiz gülümsünürsə
Xoşladığı adamla əlaqə quran kişilər gülümsəməsini gizlədə bilmirlər, hətta hissləri varsa, xoşladıqları şəxs olan mühitə gələndə qaşları havaya qalxır.
Şəraitdə bir yumor hissi çox güclü olduqda isə sevdikləri adama baxıb gülürlər.
2 tip sevgi var
1-ci tip:sevdikləri şəxsə mümkün qədər yaxın olmaq istəyirlər. Ən kiçik bəhanədə sevdikləri adamla bir araya gəlməyə çalışırlar.
2-ci tip: sevdikləri adamdan uzaq dururlar. Hətta kobud bir şəkildə danışaraq əslində o adamdan xoşu gəldiklərini gizlətməyə çalışırlar. Bu insanlar əsasən özlərini qeyri-kafi hiss etdiklərindən bu davranışa müraciət edirlər.
Müşahidəçi sevgili
Sevən bir qəlb gözlərini üzərinizdən çəkməz. Daha əvvəl qaçırmış ola biləcəyi detalları müşahidə etmək istəyir.
Gözlənilməz bir danışma tərzi
Normal nitq tonunu birdən dəyişdirib və poetik bir şəkildə danışmağa başlayırsa, bu sizdən xoşu gəldiyinə nümunədir.
Məsələn, çox məlumat sahibi olmadığı bir məsələdə sadəcə siz məşğul olursunuz deyə danışmağa çalışır.
İnsanlarla sizin haqqınızda danışırsa
İnsanlar adətən xoşladıqları adamlar haqqında danışmağa meyllidir.
Adınızın keçdiyi bir söhbətə həmin an müdaxilə edirsə, iş şəraitində ciddi bir nitqdə belə məsələni sizə çəkirsə, sizə münasibət bəslədiyi həqiqətdir. Ortaq maraqlarınızı qeyd edirsə, bu da sizdən xoşu gəldiyinə işarədir.
Bədən dili
Bir kişi ən kiçik bəhanədə belə belinizdən tutmağa çalışırsa, bu, sizdən xoşlandığı mənasına gəlir.
Kürəyinizə, ya da belinizə toxunması sizi dəstəkləyəcəyi və həmişə arxanızda olacağına işarədir.
Təbii ki, istisnalar da var bu davranış sizinlə fiziki mənada birlikdə olmaq istədiyi mənasına da gələ bilər.

