Günay kimə rəqib gəlir? – Foto
Ad gününündə müğənnilik sənətinə start verən istedadlı müğənni Günay İbadova iddialı gəlir. ARANTV.AZ xəbər verir ki, müğənni sevənlərinə sürprizlər hazırladığını vurğulayıb: “Yeniliklərim çoxdur, gərək başlasam səhərə kimi danışım. Sürpizlər çox olacaq. Tezliklə pərəstişkarlarımı yeni layihələrimlə sevindərəcəm. Səbirsizliklə gözləyirəm. İnşallah 2018-ci il mənim ilim olacaq “. Günay İbadova söhbət əsnasında yeni fotosessiya etdirdiyini də bildirib. Günay İbadovanın yeni fotosessiyasını oxuculara təqdim edirik:





