Hadisə 

Mağazanı və ödəmə terminalını yardılar

Biləsuvar rayonunda mağazalardan və ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.
ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 340 manat, orada quraşdırılmış ödəmə terminalından isə 3616 manat pul, digər mağazada quraşdırılan ödəmə terminalından isə 391 manat pul oğurlamaqda şübhəli bilinən Lerik rayon sakinləri T.Dadaşov və S.Azadov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Daha çox xəbərlər