İdman 

Mahir Emreli: “Komanda uduza bilər, lakin baxır necə”

Komanda uduza bilər, lakin baxır necə.

Bunu “Report”un Solna şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

O, Millətlər Liqasının İsveçlə səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb:

“Hələ də məğlubiyyətin şokunu yaşayırıq. Nə deyəcəyimi bilmirəm. Yanlış ifadə işlətməkdən də qorxuram. Əslində, komanda uduza bilər, lakin baxır necə. Nə oyun qura bildik, nə də rəqibin hücumlarının qarşısını ala bildik. Məğlubiyyətə görə məsuliyyəti futbolçu olaraq üzərimə götürürəm”.

Qeyd edək ki, “Stroberri Arena”da baş tutmuş C Liqasının matçında Azərbaycan yığması səfərdə İsveçə 0:6 hesabı ilə uduzub.

Daha çox xəbərlər