Yük maşını ilə minik avtomobili toqquşdu – ölənlər var
Türkiyənin Bartın şəhərində yük maşını və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi beş nəfərin ölümü ilə nəticələnib.
Bu barədə ölkənin “Demirören” xəbər agentliyi (DHA) məlumat yayıb.
“Bartında sürücünün nəzarətindən çıxan və qarşı tərəfdən gələn yük maşını ilə toqquşan avtomobildəki 5 nəfər həyatını itirib”, – agentlik bildirib.
Qeyd olunub ki, olay yerinə təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib. “Hadisə yerinə gələn briqadaların araşdırması nəticəsində avtomobilin içində sıxılıb qalan 5 nəfərin keçindiyi müəyyən edilib”, – məlumatda vurğulanıb.
Faktla bağlı araşdırma aparılır./Report