Dünya 

“Instagram”la bağlı ŞOK İDDİA: yeniyetmələr arasında təhlükəli qrupların formalaşmasını təbliğ edir

Araşdırmaçılar iddia edirlər ki, “Meta”nın ana şirkəti sosial şəbəkə saytından açıq-saçıq şəkilləri silmir.

Digitalt Ansvar, “Instagram”ın yeniyetmələr arasında özünə zərər verən məzmunun yayılmasına töhfə verdiyini müəyyən edən bir araşdırma apardı.

Araşdırmada Danimarkadan olan araşdırmaçılar “Instagram” sosial şəbəkəsində saxta səhifələr şəbəkəsi yaradaraq təcrübə aparıblar. Onlar özlərini 13 yaşlı uşaqlar kimi göstəriblər.

Araşdırmaçılar özünə zərər vermə ilə bağlı 85 material (qan şəkilləri, bıçaqlar, fəaliyyətə çağırış) dərc ediblər. Lakin sosial şəbəkə onları heç vaxt silməyib. Və “Instagram” alqoritmi hətta qrup üzvlərinə bir-biri ilə dost olmağı tövsiyə edib. Ona görə də araşdırmanın nəticələrinə əsasən belə qənaətə gəlinib ki, sosial şəbəkə əksinə, təhlükəli qrupların formalaşmasına töhfə verir./Lent.az

Daha çox xəbərlər