Əlilliyi olan şəxslərin hansı hüquq və imtiyazları var? – VİDEO
Hər il dekabrın 3-də bütün dünyada Beynəlxalq Əlillər Günü qeyd edilir. 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi – ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Bəs ölkəmizdə əlilliyi olan vətəndaşlar üçün hansı imkanlar yaradılır?
Xəzər TV bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin əlillik siyası şöbəsinin əməkdaşı Fatma Əsgərovanın sözlərinə görə, əlillik təyinatına əsas verən meyarların sayı 616-ya çatdırılıb.
Bu isə ötən illlərlə müqayisədə 5 dəfəyə qədər artım deməkdir.
Bununla yanaşı işlə təmin edilən əlillik dərəcəsi olan şəxslərin bir sıra əlavə hüquqları da var.