Hadisə 

Xırdalanda 64 yaşlı qadın hədələnib, sırğaları əlindən alınıb

Abşeron rayonunun Xırdalan şəhərində 64 yaşlı qadın hədələnərək sırğaları talanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qadın polisə müraciət edərək yaşadığı evin girişində naməlum şəxsin kəsici alətlə hədələyərək onun 800 manat dəyərində qızıl sırğalarının talamasını bildirib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, 47 yaşlı T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Daha çox xəbərlər