Cəmiyyət 

Azərbaycanlı transgenderin hekayəsi: “Niyə biriniz soruşmadı: “Bu gün yatmısan? Üşümürsən ki? Bəlkə gedim sənə yemək alım, acsan?” .

O, otağa daxil olur. Səliqəli saç düzümü çənbərlə örtülüb. Əynində qalın qəhvəyi jaketin altından hündür boğazlı sviteri görünür.
İlk baxışdan transgender olduğunu heç anlamazsan – nə hərəkətləri kişi və ya “maneralı” geylərə oxşamır, nə səsi.
Yanaqları hamar, sviterin altından qadın sinəsi bilinir. Danışanda, həyacanlanır, jaketinə daha bərk bürünür.
Müsahibimin 28 yaşı var və o, transgenderdir. Həyatının hekayəsini danışmağa razılaşır, amma dönə-dönə deyir: “Bax a, mən ölkəmi təhqir etmək və ya alçaltmaq niyyətində deyiləm”.
“Uşaqlıqda rayonda yaşayırdıq. Atam yox idi. Elə uşaq vaxtından davranışım qohumları qıcıqlandırırdı. Dayım hətta dedi ki, get, ananla birgə samandan özünüzə dörd divar tikin, üstünü örtün, qalın orada.
Heç gözü yox idi məni görməyə. Saçım bir az uzanan kimi gəlib tez telimi kəsirdi, qışqırırdı üstümə: “Bu nə görünüşdür? Özünü kişi kimi apar!”
Sonda dözmədim. Qohum-əqraba da məni lap boğaza yığmışdı, görməyə gözləri yox idi. Məcbur oldum qaçım rayondan.
2006-da Bakıya gəldim. Yaşamağa yerim yox idi, bir-iki gecə parkda skamyanın üstündə yatdım.
AzadQadin.az

Daha çox xəbərlər