Keçmiş arvadının ərini və atasını BIÇAQLADI
Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlmaqda təqsirli bilinən Mahir Nemətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ARANTV.AZ ölkə.az-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mahir Nemətov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində Nizami rayonu Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb. Daha sonra Mahir Nemətov keçmiş qayınatası 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hər iki yaralının həyatını xilas etmək mümkün olub.
Mahir Nemətov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

