İlham Əliyev qızlarına da “Təşəkkürnamə” verdi – Foto
Prezident İlham Əliyev qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı “Təşəkkürnamə” ilə təltif edib.
Axşam.az xəbər verir ki, bununla bağlı Leyla Əliyeva instaqramda foto yayımlayıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakına görə təltif olunub.
O, atası ilə olan şəklinə “Şadam ki, COP29-da bir çoxları kimi mənim də əməyimə yüksək qiymət verilib” sözlərini yazıb.
Ölkə başçısının qızı Arzu Əliyeva da “Təşəkkürnamə” aldığını bildirib. O, atası ilə birlikdə olan fotosuna “Sevinirəm ki, COP29-da mənim də zəhmətim diqqətə layiq görülüb və yüksək qiymətləndirilib” sözlərini yazıb.



