Gündəm 

Bakıdan Moskvaya AÇIQ MESAJ: Əliyevin tələbini Putin yerinə yetirməsə…

“Dövlət başçısı İlham Əliyev artıq ikinci dəfədir ki, Azərbaycanın sərnişin təyyarəsinin vurulmasıyla bağlı Rusiyanın günahkar olduğunu və bu dövlətin üzərinə düşəni etmədiyini bildirib. Kremldən səs çıxmır. Görünür, rəsmi Moskvanın təyyarə qəzasında ölənlərin ailələrinə kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq fikri yoxdur”.

Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, gözlənilənlərin əksinə olaraq, son günlər Kreml nəzarət etdiyi informasiya şəbəklərini Azərbaycan əleyhinə təbliğata yönəldib.

Bakıdan Moskvaya AÇIQ MESAJ: <span style=color:red>Əliyevin tələbini Putin yerinə yetirməsə...

Politoloqun qənaətincə, Rusiyanın təyyarəmizi vurmasından dərhal sonra İrandakı mühafizəkar dairələrin də Azərbaycan əleyhinə təbliğata başlamaları təsadüfi deyil: “Deyəsən, Moskva-Tehran cütlüyü Suriyada məğlubiyyətin əvəzini Türkiyə və Azərbaycandan çıxmağa çalışırlar. İran Prezidenti Məsud Pezeşkianın bu ay Moskvaya səfərini və rusiyalı həmkarı Vladimir Putinlə imzalayacağı strateji əməkdaşlıq haqqında sazişi diqqətlə analiz etməli olacağıq. Bu iki dövləti yalnız Qərb əleyhinə ortaq siyasət birləşdirmir, Rusiya və İran ətraflarındakı dövlətlərin müstəqil siyasətlərinə qarşı da birgə mübarizə tədbirlərini gücləndirəcəklər”.

Bakıdan Moskvaya AÇIQ MESAJ: <span style=color:red>Əliyevin tələbini Putin yerinə yetirməsə...

E.Şahinoğlu deyib ki, Vladimir Putin İlham Əliyevin “kompensasiya ödəyin və cinayətkarları cəzalandırın” tələbini yerinə yetirməyəcəksə, il ərzində iki ölkə arasında münasibətlərin gərginləşməsinə hazır olmalıyıq: “İranın mühafizəkar dairələri də bizdən əl çəkən deyillər. Belə vəziyyətdə Türkiyə ilə koordinasiyanı gücləndirməyə ehtiyac yaranacaq”./Medianews.az/

Daha çox xəbərlər