Cəmiyyət 

DSMF beynəlxalq müsabiqədə “İlin ən yaxşı pensiya fondu” ali mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, Birləşmiş Krallıqda yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə DSMF-də son illər aparılan islahatlar beynəlxalq ekspertlər tərəfindən yüksək balla qiymətləndirilib.

Beləliklə, DSMF müsabiqənin qalibləri sırasına daxil edilərək “İlin ən yaxşı pensiya fondu” ali mükafatına layiq görülüb.

Müsabiqədə DSMF ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit okean hövzəsi regionundan 500-dən çox qurum təmsil olunub.

“The International 100 Magazine” 2016-cı ildən unikal yanaşmaları ilə seçilən qurumlar arasında müsabiqələr keçirir və innovativ layihələri, uğurları ilə fərqlənən qurumları müəyyənləşdirərək təqdir edir.

Daha çox xəbərlər