Dünya 

Kişi direktor gənc müəllimənin övladına dayəlik edir — İŞ VAXTI

Türkiyənin Şanlıurfa bölgəsində məktəb direktoru Merve Keskin adlı müəllimənin övladına dayəlik edir.
ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, gənc pedaqoq direktora övladının dayəsinin işindən ayrıldığını bildirib. Direktor isə M.Keskinə maraqlı təklif edib:

“Ona dedim ki, siz uşağı məktəbə gətirin, mən həm işlərlə məşğul olaram, həm də uşağa baxaram”.
Gənc müəllimə etdiyi jestə görə direktora təşəkkürünü bildirib.

Daha çox xəbərlər