Hadisə 

Bakıda aktyor əməliyyatdan sonra İFLİC OLDU

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.

Bu barədə Oxu.Az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib.

O bildirib ki, atası fevralın 14-də “EGE Hospital”da spinal stenoz (bel kanalının daralması – red.) diaqnozu ilə əməliyyat olunub.

“Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir”, – deyə o qeyd edib.

Daha çox xəbərlər