Cəmiyyət 

Evli kişi başqa bir qadını sevərsə, nə etməli? (Araşdırma)

“35 ildir ki, evliyəm. Ancaq 15 ildir ki, yoldaşım başqasını sevir və onunla qalır. Bir uşaqları da var. Biz hələ də rəsmən boşanmamışıq. İki övladım var, onların xətrinə dözürəm. Sadəcə uşaqlarım atasız olmasın deyə dost kimi evə gəlib-getməsinə razı oluram. Amma heç bir yaxınlığımız yoxdur. Mən onun başqasını sevdiyini özüm başa düşdüm. Bundan sonra evdə çox dava düşdü. Ancaq mən gördüm ki, artıq gecdir. Daha ardınca getmədim. Əslində mənimçün çox ağırdır. Amma belə fikirləşirəm ki, o, düz edib. Yəqin mən onu bir qadın kimi qane etməmişəm və o, başqasını sevib. Ancaq mən cəmiyyət arasında çox olan insanam, kişilərin nəyə qulluq elədiklərini də görürəm və onlara inamım qalmayıb. Mənə elə gəlir ki, indiki dövrdə kişilik yox dərəcəsindədir”.

Haqlı olan kimdir?

Daha çox xəbərlər