Milli adət-ənənələrimizi və dəyərlərimizi qoruyaq
Novruz səmimiyyət bayramı, xoş arzular bayramıdır. Novruza hələ bir ay qalmış xalq bayrama hazırlaşır. El arasında həmin bu aya Novruz ayı deyilir. Bu ayın dörd çərşənbəsinin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə – oda, torpağa, suya və havaya (küləyə) həsr olunur. Bunun özü də onu göstərir ki, Novruz bayramı dünyanın ən qədim, ən müdrik bayramlarından biridir.
Novruzda növbənöv bayram şirniyyatı bişirilir, xonçalar bəzədilir. Səməni öz yaşıl qaməti ilə evlərin bəzəyinə çevrilir. Səməni yaşıllıq, bolluq deməkdir. Səməni təbiətin canlanmasına, çöllərin yaşıilığa qərq olmasına, ağacların yarpaq açmasına, gələcək bolluğa, fıravanlığa işarədir. Səməni həm də ən əziz bayram yeməyinin adıdır. Səməni halvası müqəddəs yemək sayılır. 0 əziz yemək kimi, bayram sovqatı kimi qohum- əqrəbalara, qonumqonşulara da paylanır. Bayramın ən ləziz təamı isə, şübhəsiz ki, üstü qaralı plovdur. Hər evdə bayram gecəsi hökmən plov bişirilir, qohum-qonşuya, kimsəsizlərə, qapıya papaq atanlara pay verilir, hamı sevindirilir, küsənlər barışır, insanlar deyir, gülür, şənlik edir.
“Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlanndan, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edlr. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-blrini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda Insanlar kin-küdurəti unudur, küsülülər barışır, zlddiyyətiər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər II böyük ei bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik. arzu edirik və bu, Azərbaycan vətəndaşiarının əksəriyyətinin arzusudur Id, öikəmizdə milli həmrəylik. vətəndaş həmrəyliyi. birliyi olsun. Bu all məqsədləri, all fikirlərl ulu babalanmız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanlan həmişə dostluğa, həmrəyliyə, qarştlıqlı anlaşmaya dəvət edibdir.”
Ulu öndər Heydər Əliyev, 21 mart 2000-cl II.
Bu gün biz bu bayramı ısgaldan azad olunmuş torpaqlarımızda qeyd edirik .Bu qürur vericidir .Milli bayramı bu torpaqlarda qeyd etmək bir fəxarətdir.Bu hissi hisə yaşadan qəhrəmanlarımıza bir ömür boyu borcluyuq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də Xankəndidəki Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert olacaq.
Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq. Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər.
Var olsun xalqımız !Var olsun ordumuz !Var olsun tarix yazan sərkərdəmiz İlham Əliyev !
Xalqımıza bayram yaraşır .Arzumuz budur ki ,bahar Azərbaycan xalqına hüzur ,ruzi -bərəkət ,sağlamlıq ,bol-bol uğurlar gətirsin.
Nərgiz Həsənova. YAP Bərdə rayon təşkilatı fəalı, Türkmən kənd tam orta məktəbin direktoru.