Cəbhədən Xəbər 

TƏCİLİ! Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Daha çox xəbərlər