Hadisə 

Bakıda gənc oğlanın özünü körpüdən atması ilə bağlı cinayət işi başlandı

Bakıda gənc oğlanın intihara cəhd etməsilə bağlı cinayət işi başlanıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, sentyabrın 17-də, 2000-ci il təvəllüdlü Ələsgərov Orxan Firdovsi oğlu paytaxtın Nizami rayonu ərazisində, “Koroğlu” metro stansiyasının yanındakı körpüdən özünü ataraq intihara cəhd edib.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Daha çox xəbərlər