“Sisli dağların Röyası” filminin qəhrəmanı haradadır?-VİDEO+FOTO
Salam Röya xanım.
İlk öncə dəyərli vaxtınızdan ayıraraq bizləri qəbul edərək müsahibəyə icazə verdiyiniz üçün sizə rəhbərlik adından təşəkkür edirik.
İlk öncə sizi tanıyaq:
Röya Orucova kimdir?
Men 1989-cu il avqustun 1-i Kürdəmir rayonu Murtulu kəndində dogulmuşam. Bu kənd rayon merkezine yaxın bir kəntdir. Ailədə 6 nəfər olmuşuq. Qız ata və ana. Qardaşım yoxdur. Atam mebel ustası, anam isə evdar xanımdır. Bacılarım da ali təhsillidir. Hal- hazırda 3-ü də ailəlidir.Məktəb illərində çox oxuyan, çox çalışqan idim. Hər zaman deyirdim ki, mən ali təhsil alacam. Ali tehsil almağımda anamın rolu çox olub, o bizi həmeşə həvəsləndirirdi. Heç vaxt get dərslərini oxu sözlərini esitməmişəm çünki bütün günü kitab oxuyardım. 2007-ci ildə Murtulu rayon kənd orta məktəbini bitirdikdən sonra birinci ili kəsildim. Yüksək bal toplamağıma baxmayaraq ali məktəbə qəbul ola bilmədim. O iller indiki kimi deyildi. İndi bala baxıb ixtisas yazmaq olur. Onda isə ixtisas əvvəlcədən yazılırdı. Sonra yenidən hazırlaşıb Bakı Avrasiya Universitetinin İngilis-dili fakültəsinə qəbul oldum. Tələbəlik illərim həm maraqlı, həm də çətin olub maddi olaraq.. 2012-ci ildə Universiteti bitirdim.
İlk çalışdığınız məktəb?
Ali məktəbi bitirdikdən sonra qaldığım rayona ailəmin yanına qayıtdım. Başladım özüm evdə hazırlaşmağa. Həm evdə hazırlıq keçirdim şagirdlərə, həm də özüm də işə qəbula hazırlaşırdım. Əlimdə dərs vəsaitləri yox idi. Telefon vasitəsi ilə öyrənirdim. Telefonum da çox köhnə və sınıq idi. Amma ona baxmayaraq gecəmi günüzümə qataraq çox oxudum. Qarşıma məqsəd qoymuşdum işə öz savadım ilə qəbul olacam. Və nəhayət qəbul oldum. O sevinc hissi əvəzedilməzdir. Təyinatım Şamaxı rayonu Sisi kəndi oldu. Atam əvvəl narazı idi. Deyirdi ucqar rayonlarda qalmaq çətindir. Dövlətimiz gənc kadrlar üçün gözəl fürsət yaratmışdı. Ucqar rayonlarda işləyənlər üçün əlavə maddi yardım verilirdi. Ancaq məni maddiyyat və yaşam çətinliyi qorxutmurdu əsas məqsədim bir pedaqoq olaraq şagirdlərimə elm öyrətmək və işimi sevərək həyata keçirtmək idi. Nəhayət tədris ili başlayanda mən Şamaxı rayon Sis kəndinə yollandım. Sis kəndi rayon mərkəzindən 22 km uzaqlıqda, meşə ətrafında yerləşən kiçik bir kəntdir. Bilirdim ki, ucqar bir kənd şərait yox, çətinlikləri gözə alaraq Şamaxı rayonu Sis kəndi Gülbəndiyar İsayev adına tam orta məktəbində işə başladım. Uyğunlaşmaq çətin idi ilk vaxtlar. Kəntdə qaz yox, bəzən işıq da olmurdu, məktəb soyuq. Ev və məktəb ümumiyyətlə o kəntdə sisinmə odun peçləri idi. Yayı gözəl və mənzərəli olsada qışı çox sərt və çətin olurdu. Qar yağırdı günlərlə yollar buz bağlayırdı nəqliyyat yox məktəbə piyada gedib gəlirdim nəqliyyat yalnız səhərlər olurdu bəzən heç olmurdu. Kəntdə bir evdə kirayədə qalırdım. Qaldığım evlə məktəbin arası təxmini 1 km olardı. Evdə tək deyildim mənnən başqa ev sahibləridə var idi onlar mənə çox doğma oldular. Kənd məktəbində ilk ingilis- dilini tədris edən mən oldum. Məktəbdə heç vaxt ingilis-dili tədris edən olmamışdı. Həm şagirdlər həm də kən sakinləri çox sevincli və maraqlı idilər. Məktəbin direktoru Əlihöküm Fətəliyev və müəllim kollektivi çox Mehriban idilər.Mənə qarşı ayrıca qayğı göstərirdilər. Beləcə mən sevgi ilə yanaşdığım peşəmə özümü həsr etdim və birdə baxdım ki, artıq 3 ildir buradayam və vaxtın necə gəlib getdiyini bilmədim. 2017-ci ildə ailə qurdum və çox sevdiyim bu məktəbdən və kəntdən ayrılaraq Bakı şəhərinə köçdüm
Bir Pedaqoq olmaq necə bir hisdir?
Bir pedaqoq olmaq həm çətin, məsuliyyətli, bir o gədər də çox maraqlıdır. Şagirdlərin inkişafını görmək çox sevindiricidir. Onların uğurunu görmek insanı xoşbəxt edir. Əlbətdəki bəzən çətinliklər də olur. Amma onların yüksək balla qəbulunu gördükcə çətinlikləri unudursan. Bir pedaqoq olmaq sadəcə dərs vermək deyil, həm də şagirdlərin həyatında böyük bir uğura gedən yolda onlara kömək etməkdir.
Əldə etdiyiniz uğur və təcrübə?
İlk uğurum ali məktəbə qəbul olmağım, daha sonra 2014-cü ildə işə qəbul olmağım olub. Bildiyiniz kimi ucqar rayonlara və kəndlərə qadın müəllimlərin təyinatla getməsi çox nadir olurdu. Kişi müəllimlərə nəzərən qadın müəllimlər üçün çox çətin olur. Ucqar rayonda işlədiyim üçün diqqət cəlb etmişdim. Müxtəlif saytlarda və informasiya portallarında haqqımda maarifləndirici məqalələr və yazılar dərc olunaraq yayımlandı. Bunlardan ən böyük iş hesab elədiyim isə o zamanlar Yevlax şəhərində fəaliyyət göstərən “EL” televiziya şirkətinin əməkdaşı Aqil Əhmədov tərəfindən haqqımda çəkilən sənədli film oldu. Film iki il müddətində ərsəyə gəldi. Filmdə həm qış fəslində qar yağan zaman çətinliklər göstərildi həm də yaz aylarında gözəllikləri ekranlara yansıtdı. 22 dəqiqəlik bu ekran işi tək tamaşaçı auditoriyası yox eyni zamanda Təhsil nazirliyinin marağına səbəb oldu və müsbət qarşılandı. Filmin əsas məqsədi təyinatla ucqar kənd məktəblərinə getmək istəməyən müəllimlərin maariflənməsinə yönəlmişdir və həmin illərdə artıq təyinatları qəbul edən müəllimlərin sayı artmışdır. Rejissoru Aqil Əhmədov olan filmin özü kimidə maraqlı adı vardı“Sisli Dağların Röyası” həm kəndin adı,həm mənim adım və ümumi dağlarla əhatələnmiş yaşayış məskəni. Bu üç nüansı birləşdirərək maraqlı ad alındırıblar. Film həm region kanallarında həm də peyk vasitəsi ilə yayımlanan paytaxt kanallarında ekranlara tamaşaçıların qarşısına çıxdı. Bundan başqa Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Azərbaycan ailəsi” film festivalında Təhsil nazirliyi tərəfindən nazir müavini Firudin Qurbanovun təqdimatında xüsusi mükafata layiq görüldü. Bu filmi ərsəyə gətirənlərə və televiziyanın rəhbərliyinə öz təşəkkürümü bildirirəm.
Hal-hazırki fəaliyyətiniz?
Hal hazırda repetitorluq ilə məşğulam. Onlayn və fərdi formada dərs tədris edirəm. Məktəbdə pedaqoq kimi fəaliyyət göstərməməyimin səbəbi isə övladlarımın azyaşlı olmasıdır. Onları evdə tək qoyaraq evi tərk edə bilmirəm bu səbəbdən hələki evdə tədrisimi həyata keçirdirəm. İllər keçdikcə və tədris etdikcə dahada özümü şagirdlərlə bərabər təkmilləşdirmiş oluram. İşdən ayrıldım və ailə qurdum deyə yenədə peşəmdən əl çəkmədim. Dil elə bir şeydir ki, işlətmədikcə unudursan və zəyifləyirsən. Mən isə bunu etmədim dayanmadan üzərimdə işlədim və bu gün tədris etdiyim şagirdlər imtahanlarda ingilis-dilindən yüksək nəticə toplayanda çox sevinirəm. Mən hər zaman şagirdlərimin sevimli müəlliməsiyəm.
Ailə vəziyyətiniz və fəaliyyətinizə təsir?
Ailəliyəm. 2 övladım var. Ailə həyatı qurduğum üçün o kəndə qayıda bilmədim. Məsafə baxımındanda uyğun deyil. Ona gorə işimdən ayrılmalı oldum.
Gələcək planlarınız?
Gələcək üçün planlarım çoxdur. İlk öncə yenidən məktəbdə tədris üçün yaşadığım əraziyə yaxın məktəblərdən birini seçmək sitəyirəm. Artıq o cavan və subay Röya yoxdur ailəli və iki övlad anası Röya var. Bu səbəblərə görə yaşadığım ərazidən kənara çıxa bilmərəm. O macəra axtarışı gənc yaşlarda olur insanda.
Röya müəllimə sizə bir daha bu səmimi söhbətləriniz və maraqlı çıxışlarınız üçün təşəkkür edirəm!
Cox sagolun, mən sizə minnətdaram. Yaxşı ki, bu maraqlı anları birlikdə birdaha yad etdik. Bir anlıq o illərə geri qayıtdım. Həm duyğulandım həm də o xatirələri danışarkən yenidən yaşadım. Bu geniş və maraqlı müsahibəyə görə sizlərə öz təşəkkürümü bildirirəm.