Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Azdrama”da Əli Nur niyə döyüldü, İlham Rəhimli Şuradan çıxarıldı? – Mehriban Ələkbərzadədən SƏRT CAVAB

By Vüsal Rafiqoğlu
08.04.2025 2 Min Read

Son vaxtlar Akademik Milli Dram Teatrının (“Azdrama”) adı yalnız qalmaqallarda hallanır. Bu dəfə teatr görünməmiş dava ilə gündəmə gəldi. Mədəniyyət məbədindən çox, münaqişə məkanını xatırladan “Azdrama” bu dəfə təkcə sözlə deyil, yumruqlarla da silkələndi.

Belə ki, ötən həftə, daha dəqiq desək, aprelin 4-də teatrın tarixində görünəməmiş qalmaqal yaşanıb.

Teatrın bir əməkdaşı Musavat.com-a açıqlamasında deyib ki, həmin gün Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib.

İclas zamanı bədii rəhbər Mehriban Ələkbərzadə teatrşünas İlham Rəhimlinin Bədii Şuranın üzvlüyündən çıxarıldığını bəyan edib. Səbəb isə İlham Rəhimlinin teatr və şəxsən bədii rəhbərin ünvanına dediyi sərt, tənqidi fikirlər olub.

İddialara görə, İlham Rəhimlinin Şuradan çıxarılmasına etiraz edən Xalq artisti Əli Nurla Əməkdar artist Füzuli Hüseynov arasında gərginlik qızışıb. Gərginlik fiziki qarşıdurmaya çevrilib – Əli Nur döyülüb. Hətta onları ayırmağa çalışan Xalq artisti Sabir Məmmədov da zərbələrdən yan keçə bilməyib və bir neçə yumruq ona da dəyib.

Baş vermiş dava ilə bağlı Xalq artisti Əli Nur Musavat.com-a açıqlama verərək olanları təkzib edib, əlbəyaxa dava deyil, mübahisə yaşandığını deyib.

MEHRİBAN SON.jpg (31 KB)

Məsələ ilə bağlı teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə Musavat.com-a danışıb.

O, teatrşünas İlham Rəhimlinin Bədii Şura üzvlüyündən çıxarıldığını təsdiqləyib:

“Bədii Şura üzvlüyü hər il seçilir və bu vəzifə bir illik müddəti əhatə edir. Müddət başa çatdıqda heyət yenidən formalaşdırılır. Bu il seçilən heyət gələn il dəyişəcək. Burada qeyri-adi heç nə yoxdur. Heç kim Bədii Şuranın daimi üzvü ola bilməz. Söhbət, əlbəttə ki, Şuraya dəvət olunan şəxslərdən gedir. Burada həm teatrın əməkdaşları, həm də teatr rəhbərliyi tərəfindən dəvət olunan şəxslər yer alır.

Hər dəvət olunan şəxsə bu barədə əvvəlcədən məlumat verilir ki, onların üzvlüyü bir il müddətinə nəzərdə tutulub. Teatrın işinə müsbət təsir göstərə biləcək və real nəticə verə biləcək şəxslər mütəmadi olaraq Şuraya dəvət edilir. Hər il təxminən 3-4 yeni şəxs Şuraya daxil edilir.
Ötən il dəvət olunan şəxslər arasında İlham Rəhimli, Məryəm Əlizadə, Rəşad Məcid və Şəfiqə Məmmədova da var idi. Məryəm Əlizadə də Şura üzvlüyündən çıxıb – bəs niyə onun adını çəkmirsiniz?

O ki qaldı davanın baş verməsinə, bu, tamamilə əsassız, uydurma söhbətdir və artıq təkzib olunub. Bu, sadəcə şayiə və qarayaxmalardır – olub, olacaq da”.

Teatrşünas İlham Rəhimli saytımıza bu haqda danışmaq istəmədiyini deyib.

Xatırladaq ki, “Azdrama”nın mətbuat katibi Cavid Zeynallı qalmaqal ilə bağlı açıqlama verərək bildirib ki, mübahisə yaradıcılıqla bağlı olub:

“Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib. İclas zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaranıb.

Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Yəni yaradıcılıqla bağlı. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda 3 tamaşanın məşqi aparılır, hüquq-mühafizə orqanına müraciət faktı qeydə alınmayıb”.

Onu da qeyd edək ki, teatrşünas İlham Rəhimli 2023-cü ildə yeni formalaşan Bədii Şuranın üzvü seçilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Etirazlara səbəb olan təklifin ƏSAS MƏQSƏDİ – Şagirdlərə bunu öyrədəcəklər…

Next

Gəncədə qadın paltarı geyinən kişi uşaqları oğurlayıb? – İDDİA – FOTO

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv