Cari ilin ilk yeddi ayında 514 ton barama istehsal olunub

ARANTV.AZ xəbər verir ki, Azərbaycanda cari ilin ilk yeddi ayında 514 ton barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 280,8 min ton olub. Həmçinin, süd istehsalı 1,2 faiz artaraq 1 milyon 199,4 min ton, yumurta istehsalı 0,7 faiz artaraq 1 milyard 22,4 milyon ədəd təşkil edib. Hesabat dövründə ötən ilin yeddi ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 6,5 faiz, o cümlədən, bitkiçilik məhsullarının istehsalı 11 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,5 faiz artıb.