Cəmiyyət 

Deputatların pensiyası artırıldı

Pensiyada olan deputatların pensiya məbləği artırılıb.

ARANTV.AZ-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin iclasında deyib.

O bildirib ki, qanunla pensiyada yaşında olan deputatların pensiyası artsa da, bu, faktiki olaraq həyata keçməyib.

“Sentyabrın 25-dən etibarən isə pensiyada olan deputatların pensiya məbləğinin artması üçün ödəmələrə başlanılacaq.

Onlar da yanvar ayının 1-dən etibarən pensiyalarını artımla alacaqlar. Bizim əməkhaqqında olan artım onların da pensiyasında özünü göstərəcək”. oxu.az

Daha çox xəbərlər