Cəmiyyət 

Hadrutda inşa edilən ilk məsciddən EKSKLÜZİV görüntülərFOTOVİDEO

İşğaldan azad edilmiş Hadrutda məscidin inşası tamamlanmaq üzrədir.

Musavat.com-un Hadruta ezam olunmuş əməkdaşı məsciddən eksklüziv kadrlar lentə alıb.

Məscid iki mərtəbəlidir və eyni anda 300-dən çox insanın ibadət etməsi üçün nəzərdə tutulub.

Məscidin 1-ci mərtəbəsi kişilər, 2-ci mərtəbəsi isə qadınlar üçün ayrılıb.

Məscid binasında köməkçi və dəstəmaz otaqları, imam otağı, icma zalı, işçilərin otağı və yataqxana otaqları nəzərdə tutulub.

Nigar HƏSƏNLİ,
Musavat.com

Daha çox xəbərlər