Türk dövlətləri ilə münasibətlər.
Bu gün türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc müzakirəsi kimi qəbul olunur. Qardaş ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar türk dövlətləri ilə əməkdaşlığa böyük hörmət göstərirlər. Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin möhkəmləndilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının o cümlədən TÜRKPA-nın rolu böyükdür.
Bildiyimiz kimi Azərbycanın xarici siyasətinin prioritetlərinin əsas istiqamətlərindən biri türk dünyasının iqtisadi birliyinin gücləndirilməsi və eyni zamanda türk dövlətlərinin bir-biri ilə iqtisadi əlaqlələrinin möhkəmləndirilməsidir. Buna istinad olaraq vurğulaya bilərəm ki, türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər.
Şuşada Türk dövlətlərinin Qeyri-Rəsmi zirvə görüşü keçirildi elə məhz bu görüş bu dostluq əlaqələrinin bariz nümunəsidir. Prezident İlham Əliyev Türk dövlətlərinin nümayəndələri ilə görüşdə vurğulayıb ki, bu görüşlərin ildə bir dəfə keçirilməsi kifayət etməz. Çünki, həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, həm də eyni zamanda hər bir zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Onu da qeyd etməliyəm ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihənin icrasında Türkiyədən olan şirkətlər hal-hazırda fəal iştirak edirlər. İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 vladuk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolu podratçısı da Türkiyə şirkətləridir. Yəni biz azad edilmiş torpaqlarda Türk dünyası birliyinin simvolunu əyani şəkildə görürük. Təbii ki, bu həm sevindirir, həm də bütün türk dünyası ölkələrinin bir- birinə nə qədər bağlı olmasından xəbər verir.
Azərbaycanın işğaldan azad edilmiş ərzilərinin bərpasında iştirak edən Türk dünyası dövlətləri həm 44 günlük Vətən müharibəsində, həm də ondan əvvəlki və sonrakı dövrlərdə bütün beynəlxalq səviyyəli tribunada ölkəmizə dəstək nümayiş etdiriblər. Hətta Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Təşkilatında təmsil olunan qardaş ölkələr İrəvana deyil, məhz Azərbaycana dəstək nümayiş etdirdilər. Bu Azərbaycan siyasi birliyinin yürütdüyü düzgün diplomatiyanın, səmimi dostluq, qardaşlıq münasibətlərinin nəticəsində mümkün olub.
Azad edilmiş torpaqlarda Özbəkistanın və Qazaxıstanın təşşəbüsü və maliyyə dəstəyi ilə artıq 1 məktəb binası və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bu da Türk dünyasının birliyinin göstəricisidir.Türk Dövlətləri Təşkilatının sıx əlaqələr qurması və regional inteqrasiyası qlobal iqtisadi böhran fonunda baş tutmuşdur. İlk olaraq dünya ticarəti mərkəzi qərbdən şərqə dəyişən bir zamanda bu təşkilatın yaranması Türkdilli ölkələrin yerləşdiyi coğrafiyanın ticarət kooridoru olaraq önəminin artmasına səbəb oldu. Həmçinin böhranın nəticəsi olaraq dövlətlər mərhələli olaraq proteksionist ticarət siyasətini qəbul etməyə başladı.
Əlavə olaraq, Azərbaycan və Qazaxıstan kimi neft və qaz ilə zəngin ölkələrin Türk Dövlətləri Təşkilatının enerji təhlükəsizliyini təmin etməsi və enerji mənbələrinin diversifikasiyalaşmasında rolu iqtisadi əməkdaşlığı dərinləşməkdədir.
Bunun nəticəsidir ki, qlobal dünya düzənində özünü tanıtmaq, dövlət idealogiyası və legitimliyini gücləndirmək, yumşaq gücün xaricə proyeksiyası baxımından Azərbaycan üçün əvvəlcə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, sonra isə Türk Dövlətləri Təşkilatı həmişə həlledici rol oynamışdır.
Cəfərova Elnarə – Bərdə şəhər 3 nömrəli məktəbin tarix müəllimi