Dünya 

Ərzaq mağazasında partlayış – 9 yaralı

Avstriyanın Tirol federal torpağında ərzaq mağazasında partlayış baş verib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Partlayışdan sonra mağazada yanğın başlayıb. Bir nəfərin yanan binada qaldığı deyilir. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Qeyd olunur ki, partlayış qaz sızması nəticəsində baş verib.

Daha çox xəbərlər