Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Səhiyyə Nazirliyi iki yeni elektron sistemi istifadəyə verib: “Rəqəmsal iş yeri” və “Sağlamlıq Monitorinqi”

By Vüsal Rafiqoğlu
02.06.2025 3 Min Read

Səhiyyə Nazirliyində dövlət qulluqçusunun Rəqəmsal iş yeri – “İntranet” və “Səhiyyə sisteminin, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili və monitorinqi” adlı yeni elektron sistemlərin təqdimatı keçirilib.

Təqdimatda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, bu təşəbbüs dövlətin rəqəmsallaşma sahəsindəki strateji prioritetlərinə cavab verir: “Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal hökumətə keçidin sürətləndirilməsi və iqtisadiyyatın diversifikasiyası məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Səhiyyə Nazirliyi milli səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal səhiyyə ekosisteminin inkişafı ilə bağlı tədbirləri davam etdirir”.

Nazirin sözlərinə görə, rəqəmsal texnologiyaların inkişafı səhiyyə xidmətlərinə və məlumatlarına çıxışın yaxşılaşdırılmasında mühüm rol oynayır. Bildirilib ki, vətəndaşların sağlamlığının, eyni zamanda səhiyyənin təhlili və monitorinqi sisteminin vahid rəqəmsal landşafta inteqrasiyası əhalinin sağlamlığının yaxşılaşdırılması, habelə səhiyyə müəssisələrinin fəaliyyətinin optimallaşdırması üçün əsaslandırılan qərarların qəbuluna dəstək olacaq.

Teymur Musayev, həmçinin qeyd edib ki, tibbi xidmətlərin əlçatanlığının və dəqiqliyinin artırılması üçün rəqəmsal həllərin tətbiqi qarşıda duran ən prioritet məsələlərdən biridir. “Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək”, – deyə nazir fikrini tamamlayıb.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib ki, ötən il ərzində Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən 45-ə yaxın rəqəmsal təşəbbüs həyata keçirilib ki, bunlardan 17-si Naxçıvan Muxtar Respublikasında reallaşdırılıb: “Onların arasında ölkədə səhiyyə sahəsində funksiyaların icrasında mühüm rol oynayan texnoloji həllər tətbiq edilib. Bunlara “Dərman vasitələrinin izlənməsi və monitorinqi sistemi”, “Elektron resept sistemi”, “Elektron epikriz sistemi”, “Elektron bülleten sistemi” və digər sistemlər daxildir. Lakin bugün təqdim olunan “İntranet” sistemi xüsusi qürur mənbəyidir. “Agile” metodologiyası ilə hazırlanmış bu sistem dövlət landşaftında ilk dəfə olaraq dövlət qulluqçusunun iş yerini avtomatlaşdıran sistemdir”.

Səhiyyə nazirinin müşavirinin sözlərinə görə, yaradılmış “İntranet” sistemi yalnız nazirliyin səlahiyyətli əməkdaşlarının giriş imkanına malik olduğu təhlükəsiz və qapalı şəbəkə mühitidir. Bu isə məlumatların məxfiliyini və idarəetməsini təmin edir: “Sistem nazirliyin daxili rəqəmsal resurslarına fasiləsiz çıxışa, iş materialları və sənədlərin strukturlaşdırılmış şəkildə saxlanmasına, əməkdaşlığa və sənəd mübadiləsinə imkan yaradır. “İntranet” sistemində iş sənədləri, xəbərlər, əməkdaşların əlaqə məlumatları, iclas otaqlarının rezervasiyası, tibbi reyestrlərə və tibbi məlumatların analitik modullarına çıxış və dövlət qulluqçusunun gündəlik fəaliyyəti ilə bağlı digər vacib məlumatlar mövcuddur”.

Tədbir çərçivəsində, həmçinin İntranetə inteqrasiya olunmuş “Vətəndaşların sağlamlıq vəziyyətinin və səhiyyənin analizi və monitorinqi” sisteminin təqdimatı olub.

Sistem səhiyyənin 17 sektoru üzrə statistik və real vaxtda əldə edilən məlumatlar əsasında ətraflı analitik məlumatları əldə etməyə imkan verir: “Bu məlumatlar vətəndaşların cari sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsində, səhiyyə sahəsindəki trendlərin aşkarlanmasında və sektorun strateji planlaşdırılmasında mühüm rol oynayacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib

Next

Qurban bayramının namaz vaxtı açıqlanıb – RƏSMİ

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv