Cəmiyyət 

Müharibə Azərbaycan turizminə təsirsiz keçmir

İrandan və İsraildən Azərbaycana kifayət qədər turist gəlirdi. Regionda müşahidə olunan gərginliklər — istər Rusiya-Ukrayna, istər Hindistan-Pakistan, istərsə də İran-İsrail arasındakı münaqişələr turistlərin səfərlərinə və səyahət qərarlarına ciddi təsir edir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, hazırda dünyada gedən proseslər və müharibələr ölkələrdən Azərbaycana gələn turistlərin sayının azalmasına birbaşa təsir göstərir. Azərbaycanın qonşuluğunda baş verən savaşlar, həmçinin hava məkanının bağlı olması İsrail və İran istiqamətindən gələn turistlərin sayını ciddi şəkildə azaldıb:
Müharibə Azərbaycan turizminə təsirsiz keçmir“Turizm sektoru bunu açıq şəkildə hiss edir. Bir neçə böyük rezervasiya ləğv edilib. İyun ayının 15-dən birbaşa uçuşlar da dayandırılıb və bu məhdudiyyətin nə vaxta qədər davam edəcəyi bilinmir. Təhlükəli dövrlərdə insanlar daha çox təhlükəsiz bölgələrə üstünlük verirlər. Hazırda Azərbaycana gələnlərin sayı demək olar ki, sıfıra enib. Əsas səbəb isə hava məkanının bağlı olması və region üzərindən uçuşların məhdudlaşdırılmasıdır. Bu vəziyyət qiymətlərə də təsir edəcək”.

Ekspert əlavə edib ki, Azərbaycan turizmi alternativ bazarlarla inkişaf yolunu davam etdirir. Son dövrlərdə Çindən və Türkiyədən gələn turistlərin sayında artım müşahidə olunur. Türkiyənin bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşların mövcudluğu isə turist axınının artmasına şərait yaradıb.

Daha çox xəbərlər