Əhaliyə XƏBƏRDARLIQ: “Dənizdə bunu etməyin! – Ölümcül xəstəlik yaradır”
Yay aylarında insanlar istirahət üçün əsasən çimərliklərə üz tutur. Lakin dəniz suyunun təmizliyi sağlamlıq baxımından mühüm rol oynayır. Artıq iyul ayı olsa da, küləkli hava şəraiti dəniz suyunun duruluğuna və sanitar vəziyyətinə mənfi təsir göstərə bilər. Çirkli sularda çimmək bəzi infeksion və parazitar xəstəliklərə yoluxma riskini artırır. Buna görə də çimərlik mövsümü ərəfəsində dəniz sularında monitorinqlər aparılır və təhlükəli ərazilərdə üzməyə icazə verilmir.
Bəs çirkli dəniz suyunda çimmək insan sağlamlığına hansı konkret riskləri yaradır?
Məsələ ilə bağlı həkim, infeksionist Vasif Əliyev “Yeni Sabah”a açıqlama verib: pizza
“Bildiyimiz kimi, yay dönəmində, özəlliklə çimərlik mövsümündə insanlar həm dənizdən, eyni zamanda çaylardan, göllərdən istifadə edirlər. Bu baxımdan müəyyən infeksion xəstəliklərin onlara yoluxma ehtimalı yaranır. Xüsusilə də, üzülən su digər çirkli sularla təmasdadırsa, bu risk daha yüksəkdir. Həmin infeksionlar istər parazitar, istərsə də bakteriyal olur. Bunlar dərimizdəki çatlar vasitəsilə dəri infeksionuna səbəb ola bilərlər. Eyni zamanda göz təması ilə də görmə orqanımızda infeksiya meydana gəlir. Daha çox isə həmin suları ağız vasitəsilə udduğumuz üçün qastroenterit, eyni zamanda hepatit A kimi kəskin bir xəstəliyə səbəb olur”.
Həkim onu da vurğulayıb ki, bu cür infeksionlarda istər dəniz, istərsə də çay və göllər çirkab kanalzasiya suyu ilə təmasda olarsa bu risk daha yüksəkdir:
“Ona görə də dənizdən çıxdıqdan sonra təmiz su ilə yuyunmaq lazımdır ki, bədən belə bakterialardan qurtulsun. Bəzən belə sularla qida vasitələrinin təmizlənməsi də xəstəliyə yoluxma ehtimalını artırır.
Belə hallardan qorunmaq üçün üzdüyümüz yerin suyunun təmiz olması ilə bağlı az da olsa məlumat əldə etməliyik. Əlbəttə ki, dəniz suyunda sözügedən ehtimal çox aşağıdır. Çimərlik olaraq istifadəsinə icazə verilən yerlər var ki, onlar dövlət tərəfindən yoxlanılır. Ancaq hər ehtimala qarşı olaraq üzdüyümüz suyun ağız və gözlə təmasının qarşısını almaq lazımdır”.