Rusiya Prezidenti nəqliyyat nazirini vəzifəsindən azad edib
Rusiya Prezidenti Vladimir Putin ölkənin nəqliyyat naziri Roman Starovoytun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
“Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilsin”, – müvafiq fərmanda bildirilb.
Qeyd edək ki, R.Starovoyt 2024-cü ilin may ayından bu vəzifəni tuturdu.