Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qlobal istiləşmə, yoxsa lokal sərinləşmə?

By Vüsal Rafiqoğlu
09.07.2025 3 Min Read

Qorxmaz İbrahimli: “Bəzi mütəxəssislər bu halı “hava anomaliyası” kimi izah etsə də, əslində…”

İyulun ortası yaxınlaşsa da, Azərbaycanda hələ də yay istisi tam olaraq hiss olunmur. Xüsusilə Bakıda və Abşeron yarımadasında qeyri-adi sərin hava müşahidə olunur. Bu isə sosial şəbəkələrdə və ictimaiyyət arasında haqlı suallar doğurur: İqlim dəyişir? Qlobal istiləşmədən danışıldığı bir dövrdə sərinləşmə nə ilə bağlıdır?

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, ölkəyə son günlərdə Arktika bölgəsindən soyuq hava kütlələri daxil olub: “Bu hava kütlələri şimaldan, daha dəqiq desək, Arktikadan hərəkət edərək ölkəmizə qədər gəlib çıxıb. Azərbaycanın coğrafi mövqeyi mülayim-subtropik iqlim qurşağına düşdüyü üçün belə sərin hava bizim üçün adətən gözlənilməz sayılır. Lakin bu, iqlim dəyişikliyinin təsirləri fonunda son illərdə daha tez-tez rast gəlinən haldır. Bu cür hava şəraiti xüsusilə çimərlik turizminə və turizm infrastrukturlarına ciddi təsir göstərir. İnsanlar dənizə getməkdən imtina edir, bu isə həmin ərazilərdə fəaliyyət göstərən restoran və kafelərin gəlirinə mənfi təsir edir. Bundan əlavə, günəş şüasının az olması sağlamlıq baxımından da bəzi problemlər yarada bilər. Günəş şüasının orqanizm üçün əvəzolunmaz rolu var. D vitamini çatışmazlığı, psixoloji gərginlik, xroniki yorğunluq kimi hallar günəşsiz günlərdə daha tez-tez müşahidə olunur. Odur ki, bu cür hava şəraiti yalnız iqtisadi deyil, həm də tibbi aspektdən risklər yaradır”.

Qorxmaz İbrahimli: “Hakimiyyəti islahatları sürətləndirməyə çağırıram” -  Ayna.az

Qorxmaz İbrahimli 

Onun sözlərinə görə, bu təbii proses hər il olmasa da, bir neçə ildən bir təkrarlana bilər. Məsələn, pandemiyadan əvvəlki illərdə və hətta 2000-ci illərin əvvəllərində də oxşar hava şəraiti qeydə alınıb. Hətta yaz aylarının soyuq keçməsi kənd təsərrüfatında meyvə-tərəvəz məhsuldarlığına mənfi təsir göstərmişdi: “Bəzi mütəxəssislər bu halı sadəcə “hava anomaliyası” kimi izah etsə də, daha geniş baxış bucağından yanaşanlar bu kimi hadisələrin artıq sistematik xarakter aldığını deyirlər. Dünyanın müxtəlif bölgələrində qeyri-adi hava şəraitinə daha çox rast gəlinir – Avropada leysan yağışlar, ABŞ-da ekstremal istilər, Asiyada isə tayfun və quraqlıq. Bu isə iqlim sisteminin balansının pozulmasından xəbər verir. Azərbaycanda da artıq yaz-payız keçidləri əvvəlki illərlə müqayisədə fərqli cərəyan edir. Əvvəllər may ayı isti keçirdisə, indi iyunun ortalarına qədər hava dəyişkən və qeyri-sabit olur. Bu tendensiya təkcə gündəlik həyatımıza deyil, kənd təsərrüfatına, turizmə, enerji sərfiyyatına və səhiyyəyə də təsir göstərir. Mütəxəssislər xüsusilə yay-payız aylarında Bakıda əsən güclü şimal küləklərinə qarşı diqqətli olunmasını tövsiyə edir. Küləkli və sərin hava tənəffüs yolları infeksiyalarının artmasına, oynaq ağrılarına və allergik reaksiyalara səbəb ola bilər. İnsanlar hava şəraitinə uyğun geyinməli, bədənlərini soyuqdan qorumalıdırlar. Xüsusən uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər belə havalarda daha ehtiyatlı davranmalıdır”.

Yaxın günlər üçün proqnozlar isə bir qədər ümidvericidir. Ekoloqun fikrincə, bu cür sərin hava şəraiti uzunmüddətli deyil və artıq bir neçə gün ərzində yerini tipik yay istilərinə verəcək: “Təbiətdə sabitlik yoxdur. Hər şey dəyişkəndir və bu hava da keçicidir. Qısa müddət ərzində 30 dərəcəni aşan istilərin geri qayıdacağını proqnozlaşdırmaq olar”.

Beləliklə, mütəxəssislər hesab edirlər ki, hazırda müşahidə olunan sərin yay günləri təlaş doğurmamalıdır. Bu, həm lokal hava sirkulyasiyası ilə, həm də daha geniş miqyasda iqlim dəyişiklikləri ilə əlaqəlidir. Lakin bu cür hallar artdıqca, iqlim dəyişikliyi məsələsinə daha ciddi yanaşmaq və adaptasiya planları hazırlamaq zərurəti ortaya çıxır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyədə güclü zəlzələ oldu

Next

Ağdam-Füzuli yolunda QƏZA- 20 nəfər xəsarət alıb

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv