Hadisə 

TIR körpüyə çırpıldı – FOTO

Bu gün Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax yolunun Yeni Qızılca kəndindən keçən hissəsində ağırtonnajlı yük maşını sürücünün idarəetməsindən çıxıb. Nəticədə TIR yolun metal arakəsmələrinə və körpünün aşırımına çırpılıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri dəqiqləşdirilir./Qafqazinfo.az/

Daha çox xəbərlər